İsrail İrandan gələn dağıdıcı raketlərin koordinatlarını açıqladı

İsrail İrandan gələn dağıdıcı raketlərin koordinatlarını açıqladı

05-08-2024 21:33 / Bu xəbər 483 dəfə oxundu

İsrail İrandan atıla biləcək ballistik raketlərin yerləşdiyi bazaları müəyyənləşdirib. 

Təl-Əvivin beyin mərkəzlərindən sayılan "Alma" Araşdırmalar Mərkəzi həmin raketlərin adlarını və İrandakı buraxılış koordinatlarını yayıb. 

Mərkəz həmin raketlərin düşə biləcəyi ərazilərdə məhvetmə dərəcələrini də qiymətləndirib.  

Buraya ballsitik raketlərin vura biləcəyi Hayfadakı xəstəxana kompleksinin illüstrasiyası da təqdim edilib. 

Ən böyük təhlükə kimi İrandan atılacaq "Şahab-3" (və onun törəmələri) və Livandan atıla biləcək "Fateh-110" raketlərinin olduğu bildirilir. 

Mərkəz "Fateh-110" raketinin yarım tonluq olduğunu açıqlayıb və hesab edib ki, əhalinin sıx məskunlaşdığı əraziyə düşərsə, böyük dağıntılara və tələfatlara səbəb ola bilər. 

İsraildə  "Fateh-110" raketləri "terrorun ideal silahı" adlandırılır.  

"Alma" Araşdırma Mərkəzinin təqdim etdiyi sxem və illüstrasiyaları təqdim edirik: