Jurnalistin "Kölgədə qalan qəhrəmanlar"ı işıq üzü gördü

Jurnalistin

21-07-2023 15:14 / Bu xəbər 2142 dəfə oxundu

Jurnalist Seymur Kazımovun konflikt və ekstrmal şəraitdə hazırlanan reportajlardan ibarət "Kölgədə qalan qəhrəmanlar" adlı kitabı çap olunub. 

Kitabda Ermənistan-Azərbaycan, Rusiya-Gürcüstan, Rusiya-Ukrana müharibələrindən, həmçinin Türkiyənin zəlzələ bölgəsində baş verən hadisələr, habelə digər ölkələrdə etiraz aksiyalarından bəhs edən yazılar yer alıb.  

Seymur Kazımov "Arqument.az"a deyib ki, əslində, 65 səhifdən ibarət bu kitabı kitabça adlandırmaq daha doğrudur. 

"Bunu kitabça adlandırsam, daha doğru olar. Cəmi 65 səhifədir, amma mənə görə mənası çoxcildlidir". 

Müəllif həmçinin qeyd edib ki, kitab hansısa layihənin tərkib hissəsi deyil və donor hesabına çap olunmayıb.

"Kölgədə qalan qəhrəmanlar"ın artıq satışda olduğu bildirilir.