Jurnalistin ölkədən çıxışına qadağa götürüldü

Jurnalistin ölkədən çıxışına qadağa götürüldü

01-05-2019 19:22 / Bu xəbər 1521 dəfə oxundu

Jurnalist Aynur Elgünəşin ölkədən çıxışına qoyulan qadağa birdəfəlik götürülüb. 

Bu barədə Toplum.Tv-yə Aynur Elgünəş məlumat verib.

Onun sözlərinə görə, mayın 1-də Baş Prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə dəvət olunub. Orada ölkədən çıxışına qoyulan qadağanın birdəfəlik götürülməsi ilə bağlı müraciətinə baxıldığı deyilib və məhdudiyyət arada qaldırılıb: 

"Amma tam səmimi deyirəm, sevincim yarımçıqdır, mən bütün həmkarlarımın qadağasının götürülməsini istəyirəm. Bunun üçün də sona qədər mübarizədəyəm”.

2014-cü ilin dekabr ayında Meydan TV ilə əməkdaşlıqda ittiham olunan 15-dən çox jurnalistin ölkədən çıxışına qadağa qoyulub. 

Nərgiz Absalamova