Növbədənkənar parlament seçkilərinin tarixi açıqlandı

Növbədənkənar parlament seçkilərinin tarixi açıqlandı

05-12-2019 16:46 / Bu xəbər 1497 dəfə oxundu

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.

"Report” xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışının buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” sərəncamına əsasən, seçkilər gələn il fevral ayının ikinci bazar günü keçiriləcək.

Qeyd edək ki, həmin sərəncamla Milli Məclisin hazırkı, beşinci çağırışı buraxılıb.