"Çəmə Xalid" qayıdır

28-12-2019 15:40 / Bu xəbər 1646 dəfə oxundu

Vəkil Xalid Bağırov Parlament seçkilərində namizədliyini irəli sürüb.

Bu barədə vəkil feybuk hesabında yazıb.

O bidirib ki, namizədliyini 76 saylı Lənkəran Seçki dairəsindən irəli sürəcək: "76 saylı Lənkəran Seçki dairəsi unikal bir dairədir. Seçicilərinin 95 faizi etnik talışlardir. 15 ildir onlara deputatligi Ziyafət Əsgərov edir. Ona qarşı "Çəmə Xalid" ("Bizim Xalid") seçki şüarı ilə mübariz aparmışdıq. 15 il sonra, Ziyarət Əsgərovdan 15 ilin hesabını sormaq vaxtı gəlib. Beləliklə namizədliyimi vermək qərarım qətiləşdi. Komandama seçimləri açıq elan edirəm".

Xalid Bağırov 2005-ci ildə də 76 saylı Lənkəran Seçki dairəsindən namizədliyini irəli sürmüşdü. Onun rəqibi isə Yeni Azərbaycan Partiyasından Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov olub.