Kәmalәddin Heydәrov yola salınır, yoxsa?...

Kәmalәddin Heydәrov yola salınır, yoxsa?...

18-05-2017 02:23 / Bu xəbər 5349 dəfə oxundu

Birinci vitse-prezident Mehriban Əliyeva Fövqəladə hallar naziri Kəmaləddin Heydərovu qəbul edib. Görüş gərgin atmosferdə keçib. 

Bu barədə azadliq.info məlumat yayıb.

"Kəmaləddin Heydərova izah edilib ki, o, bu müddət ərzində Fövqəladə Hallar naziri olaraq hökumətin əsas simalarından birinə çevrilib. Amma bir nəfərin bu qədər uzun müddət ərzində eyni vəzifədə qalması arzuolunmaz nəticələr yarada bilər. Buna görə də K. Heydərov başqa bir vəzifəyə keçirilməlidir", - məlumatda deyilir. 
 
Kəmaləddin Heydərovun bu təklifdən narazı qaldığı deyilir. 

Məlumat yayıldıqdan sonra isə FHN rəhbəri və ona yaxın şəxslər tərərfindən təkzib olunmayıb. 
 
Bəzi məlumatlarda isə bu informasiyanın məhz Kəmaləddin Heydərova yaxın şəxslər tərəfindən mediaya ötürüldüyü iddia edilir. Bildirilir ki, Heydərova yaxın şəxslər bu məlumatları mediada yaymaqla, FHN şefinin gələcəkdə nəqliyyat naziri Ziya Məmmədov kimi ofsaytda qalmasını əngəlləmək istəyirlər. 

Arqument.Az