Komitə sədri: "Bu vəsait proqramların həyata keçirilməsi üçün çox azdır"

Komitə sədri:

14-11-2023 16:03 / Bu xəbər 1041 dəfə oxundu

"Azad edilən ərazilərdə yeni səhiyyə strukturlarının yaradılması və tibbi xidmətlərin təşkili məqsədilə investisiya vəsaitələrinin də bu istiqamətə yönəldilməsi yaxşı olardı". 

Bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, bu gün ölkədə səhiyyə üzrə 18 dövlət proqramı həyata keçirilir və ən ağır xəstəlikləri əhatə edir: "Proqramların icrası üçün gələn ilin dövlət büdcəsindən 265 milyon manat ayrılması nəzərdə tutulub. Hesab edirəm ki, bu vəsait müvafiq proqramların adekvat həyata keçirilməsi üçün çox azdır. Ona görə bu proqramların icbari tibbi sığortaya cəlb olunması daha uyğun olardı".