Lökbatan gölü qurudub satan kimdir: İcra başçısı jurnalistin sualına cavab vermədi
04-04-2023 11:26 / Bu xəbər 1874 dəfə oxundu
Qaradağın Lökbatan qəsəbəsində, Lökbatan gölünün bir addımlığında yerləşən göl ərazisinin torpaqla doldurularaq vətəndaşlara tikinti üçün satılması ilə bağlı görüntülər yayımlanıb.
Baku TV mövzu ilə bağlı rayonun icra hakimiyyətinin başçısı Süleyman Mikayılovla əlaqə saxlayıb.
İcra başçısı ona ünvanlanan sualı eşitdikdə dərhal telefonu söndürüb.
Sözügedən ərazidə tikilən evlərin sayı çoxdur.
Daha ətraflı süjetdə: