Ülvi Həsənli saxlanılıb

Ülvi Həsənli saxlanılıb

20-11-2023 12:47 / Bu xəbər 979 dəfə oxundu

Noyabrın 20-də səhər saatlarında "Abzas" onlayn nəşrinin direktoru Ülvi Həsənli yoxa çıxıb. 

Həmkarları onun saxlanıldığını ehtimal ediblər. 

Saytın baş redaktoru Sevinc Vaqifqızının yaydığı məlumata görə, Həsənlinin bu gecə xaricə uçuşu olmalı idi, amma o, təyyarəyə minməyib: 

"Səhər saat 4:30-da evdən çıxıb, hava limanına yollanıb, amma təyyarəyə minməyib. Onun hava limanında saxlandığını ehtimal edirəm".

Sevinc Vaqifqızı qeyd edib ki, ehtimal edilən həbsin səbəbi Ülvi Həsənlinin peşə fəaliyyəti, xüsusən Abzas Media-nın yüksək vəzifəli məmurların ailə üzvlərinin biznesi haqqında araşdırmalarıdır.

DİN-dən şərh almaq mümkün olmayıb. 

Ancaq vəkil Zibeydə Sadıqova "Turan"a bildirib ki, Ülvi Həsənli saxlanılıb və Bakı Şəhər Baş Polis İdarəsindədir. 

Onun nədə ittiham olunduğu hələlik məlum deyil.