Makronun sözləri Boris Consonu əsəbləşdirib

Makronun sözləri Boris Consonu əsəbləşdirib

14-06-2021 14:22 / Bu xəbər 1112 dəfə oxundu

G7 ("Böyük yeddilər”) sammiti çərçivəsində Fransa prezidenti Emmanuel Makronla şəxsi görüşü zamanı Böyük Britaniyanın baş naziri Boris Conson Şimali İrlandiya protokolu ilə bağlı narazılığını bildirib.

Bu barədə "The Daily Telegraph” nəşri Londondakı mənbəsinə istinadən xəbər verir.

Bu protokol Birləşmiş Krallığın geri qalan ərazisindən Şimalı İrlandiyaya gedən malların gömrükdə yoxlanılmasını təmin edir, məqsəd onunla Avropa Birliyinə daxil olan İrlandiya Respublikası arasında sərt sərhədin yaranmasınının qarşısını almaqdır. 

Məsələylə əlaqədar olaraq, Boris Conson izahedici örnək kimi Makrondan soruşub ki, əgər Tuluza kolbasalarının Parisə gətirilməsi mümkün olmasaydı, nə deyərdi. 

Fransa prezidenti isə cavabında belə bir müqayisənin düzgün olmadığını söyləyib, çünki Paris və Tuluza eyni ölkənin şəhərləridir. Beləliklə, onun sözlərindən Şimali İrlandiyanın Birləşmiş Krallığın bir hissəsi olmadığı fikri çıxıb.

Makronla görüşdükdən sonra jurnalistlərə açıqlama verən Conson deyib: "Bəzi liderlər Böyük Britaniyanın vahid ölkə olduğunu başa düşsədilər, yaxşı olardı”.