MEDİA-nın şübhəli tenderində qalib olan şirkətə bu dəfə 86 min ayrıldı

MEDİA-nın şübhəli tenderində qalib olan şirkətə bu dəfə 86 min ayrıldı

08-07-2023 01:15 / Bu xəbər 1396 dəfə oxundu

Heydər Əliyev Mərkəzi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "MAS" MMC (VÖEN – 5101061641) olub.

"Yeniavaz.com" açıqlanan rəsmi məlumata istinadən bildirir ki, tenderin ümumi dəyəri 86 min 234 manat 40 qəpik olub.

Tender müsabiqəsinin şərtlərinə görə, "MAS" MMC Heydər Əliyev Mərkəzində tətbiq olunan elektron idarəetmə proqramlarına il ərzində texniki xidmətlər göstərəcək.

86 minlik tenderin qalibi olan "MAS" MMC 26.07.2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. 

Nizamnamə kapitalı 40 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Əhməd Rəcəbli, ev 34, m. 53-də yerləşir. Şirkətin qanuni təmsilçisi Useynov Vidadi Hüseyn oğludur.

"MAS” MMC-nin adı daha əvvəl "Azərbaycan Respublikasının Medianın İnkişaf Agentliyi"nin (MEDİA Agentliyi) tərəfindən keçirilən 98 min 700 manatlıq şübhəli tender müsabiqəsində hallanıb.