Dövlət büdcəsi artırıldı

Dövlət büdcəsi artırıldı

16-06-2023 14:10 / Bu xəbər 672 dəfə oxundu

Bu gün, iyunun 16-da Milli Məclis 2023-cü ilin dövlət büdcəsinə dəyişiklikləri qəbul edib.

Dövlət büdcəsinin gəlirləri 30 milyard 774 milyon manatdan 33 milyard 779 milyon 500 min manata (9.8 faiz), xərcləri isə 33 milyard 353 milyon 300 min manatdan 36 milyard 568 milyon 800 min manata (9.6 faiz) qaldırılıb.

Xərclərdə artırılan 3 milyard 215 milyon 500 min manatın böyük bir hissəsi (2 milyard 260 milyon manat) işğaldan azad olunmuş Qarabağ, Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlıdır. 

Artımın qalan hissəsi də ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və iqtisadi dəstək mahiyyəti daşımalıdır.

Əvvəlki sənəddə neftin bir barelinin ixrac qiyməti 50 dollar götürülmüşdü. İndi bu məbləğ 60 dollara çatdırılıb.