Media təmsilçiləri Əvəz Zeynallı ilə bağlı Prezidentə müraciət etdilər

Media təmsilçiləri Əvəz Zeynallı ilə bağlı Prezidentə müraciət etdilər

06-10-2022 13:08 / Bu xəbər 1034 dəfə oxundu

Azərbaycanda fəaliyyət göstərən bir qrup media və ictimaiyyət nümayəndəsi "Xural TV"-nin rəhbəri, jurnalist Əvəz Zeynallının qanunsuz həbs olunması iddiası ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. 

Onlar bildiriblər ki, müstəqil, tənqidçi və araşdırmaçı jurnalist Əvəz Zeynallı 10 sentyabr 2022-ci ildə Binəqədi rayon məhkəməsinin ədalətsiz qərarı ilə həbs edilib: "Bundan əvvəl o, Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən saxlanılaraq, haqqında 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzanı nəzərdə tutan AR Cinayət Məcəlləsinin 311.3.3 (rüşvətalma, passiv rüşvətxorluq) maddəsilə təqsirli bilinərək, cinayət istintaqına başlanılıb və sonradan 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərə - nüfuz alveri) maddəsi ilə yenidən haqqında ittiham elan edilib".

"Cənab Prezident, nəzərinizə çatdırmaq istərdik ki, Əvəz Zeynalı haqqında qaldırılan bu cinayət işinin saxta olduğunu, şər-böhtan üzərində qurulduğunu qeyd edərək, bütün ittihamları rədd edir. Ə.Zeynallı həbsinin siyasi motivli olduğunu, Azərbaycanda korrupsiyaya bulaşmış məmurlarla bağlı öz verilişlərində tənqidi araşdırma materialları səsləndirdiyi üçün həbs olunduğunu bildirir. Hesab edirik ki, Ə.Zeynallı verilişlərində yüksək səlahiyyətli məmurların kurasiyasında olan hüquq-mühafizə orqanlarında haqsızlıqla qarşılaşan vətəndaşların şikayətlərini tez-tez səsləndirdiyi üçün onları təlaşlandırıb və nəticədə onlar öz səlahiyyətlərindən sui-istifadə edərək Əvəz Zeynallının həbsinə nail olmağı bacarıblar", - deyə müraciət müəllifləri bildiriblər.

Media və ictimaiyyət nümayəndələri hesab edir ki, ölkə başçısının müdaxiləsi nəticəsində Əvəz Zeynallının ev dustaqlığına buraxılmasına nail olmaq olar: "Əvəz Zeynallı onun həbsinin siyasi xarakter daşıdığı üçün prosesi nəzarətdə saxlamağınızı və səlahiyyətləriniz daxilində Azərbaycanda müstəqil mətbuat nümayəndəsi olaraq hüquqlarının pozulmaması üçün yardımçı olmağınızı, işə ədalətli baxılması üçün göstəriş vermənizi və Əvəz Zeynallının ev dustaqlığına buraxılmasını, ən yaxşı halda isə həbsdən azad edilməsini xahiş edirik".

Müraciəti aşağıdakı media və ictimaiyyət nümayəndələri imzalayıblar:

1. Məlahət Zeynallı - "Xural” Media Qrupunun redaktoru 
2. Ləman Ələşrəfqızı – "LAF TV"İnternet kanalının həmtəsisçisi
3. Afət Telmanqızı – "LAF TV"İnternet kanalının həmtəsisçisi
4. Əziz Orucov  – "Kianal 13" İnternet kanalının həmtəsisçisi
5. Aygün Muradxanlı – "Prime TV"İnternet kanalının rəhbəri
6. Şahin Nəcəfov – "Prime TV” İnternet kanalının həmtəsisçisi
7. Zaur Qəriboğlu – "Reaksiya” Media Qrupunun rəhbəri 
8. İkram Rəhimov – "Reallıq TV" İnternet kanalının rəhbəri
9. Elmidar Əliyev - AzToday.az saytının redaktoru
10. Məhəmməd Azəroğlu - AYB-nin üzvü, Prezident təqaüdçüsü
11. Zahir Amanov – cenub.az saytının redaktoru
12. Pərvin Kazımoğlu – fanat.az saytının əməkdaşı
13. Elçin Rəhimzadə - "Bumeranq Media”nın təsisçisi və rəhbəri
14. Fərəməz Novruzoğlu – "Böyük Şərq” saytının baş redaktoru
15. Kəramət Böyükçöl – yazıçı-publisist
16. İlqar Salmanov – "Yeni Xəbər” Media qrupunun təsisçisi və baş redaktoru
17. Mübariz Hacıyev – MTRK Mir baş prodüsser
18. Fərqanə Muradova – Müstəqil reportyor
19. Əlişir Əhəd – Tia.az saytının baş redaktoru
20. Kəmalə Rəhimli – jurnalist
21. Taleh Xasməmmədov – Beynəlxalq Monitorinq Mərkəzinin sədri
22. İfadə Cəfərzadə - "İfadə TV” İnternet kanalının rəhbəri
23. Şamil Ələkbərli – "Medonline.az” saytının baş redaktoru
24. Dilguşə Gülümcan – publisist
25. Arzu Sayadoğlu – "Kanal 13” İnternet kanalının aparıcısı
26. Rəşad Əkbəroğlu – müstəqil jurnalist
27. İgid Teymurlu – "Tv713.az” saytının redaktoru
28. Xalid Ağalı – aihmaz.org
29. Fərqanə Novruzova – müstəqil reportyor
30. Vüqar Qurdqanlı – "az24saat.org” baş redaktor
31. Ülviyyə Xəlil – jurnalist
32. Sadiq Musa – jurnalist
33. Habil Azəri – jurnalist
34. Sərvər Məsum – "Bütövlük” qəzeti baş məsləhətçi
35. Tural Aslanlı – Azfakt.com saytının təsisçisi
36. Anar Xəyali – jurnalist
37. Şirin Cəfərli – "Gündəm Xəbər” saytının baş redaktoru
38. Əfqan Sadıqov – müstəqil jurnalist
39. Mehriban Sadıqova – "Gün TV”-nin təsisçisi və direktoru
40. Gülər Eldarqızı – yazıçı
41. Ayaz Arabaçı – şair
42. Anar Rəsullu – sözcu.az jurnalist
43. Rahim Sadıqbəyli – İsveç, Stokholm, İnternational Media Qroup və SAMM TV-nin qurucusu
44. Vüqar Məmmədov – "Hürriyyət” Media Qrupunun baş redaktoru
45. Şəhriyar Məcidzadə - "Milli Fikir” Mərkəzinin sədri
46. Dəyanət Azərsoy – jurnalist
47. Vüqar Məmmədağayev – tacxeber.az, jurnalist
48. Arzuman Nəbiyev – "Yeni Sözçü” qəzeti, jurnalist
49. Eldar Abdullayev – tənqidçi jurnalist
50. Peyman Sadıqov – "Xalq Xəbər” Media Qrupu
51. Məhəmməd Ərsoy – dia.az saytının baş redaktoru
52. Afiq Mirzəbəyli – "Reytinq” Media Qrupunun baş redaktoru
53. Cavid Səfəroğlu – jurnalist
54. Xanoğlan Əhmədov – ilkxeber.org saytının baş redaktoru
55. Mirsahib Rahiloğlu – Doğru TV, jurnalist
56. İdrak Abbasov – Norveç İctimai Teleradio Yayının əməkdaşı, Norveç Peni və Norveç Jurnalistlər Birliyinin üzvü
57. Şəhla İsmayıl – RİQC-nin sədri
58. Fərhad Məmmədov – araz.az Xəbər portalının xüsusi müxbiri
59. Talıb Əhədov – "milletinsesi.az”, baş redaktor 
60. Şəfəq Ağacan – "BakuPress” Milli İnformasiya Agentliyinin təsisçisi və baş redaktoru
61. Bahar Rüstəmli – qaynarinfo.az saytının əməkdaşı
62. Hacı Azadə Taleh Abbasqızı – "Qafqaz-Media” İB-nin sədri, jurnalist
63. Mövsüm Əşrəfoğlu – "Mozalan” jurnalının baş redaktoru
64. Sona Əhmədqızı – Gündəm TV internet kanalının rəhbəri
65. Mətləb Həsənli – "Turaneli” Media Qrupunun təsisçisi və baş redaktoru
66. Cəmil Məmmədli – Araşdırmaçı jurnalist
67. Mehriban Əzizqızı – Globall.az saytının təsisçisi
68. Zaur Talıblı – haqq.az jurnalist
69. Mərdan Eminov – "El TV” infonun redaktoru
70. Səidə Hüseynova – müstəqil jurnalist
71. Mübariz Hüseynov – Beynəlxalq elmi iş jurnalının baş redaktoru
72. Sevinc Telmanqızı - Musavat TV