Müğənni Nura Suri də etiraz etdi
10-12-2015 23:56 / Bu xəbər 4238 dəfə oxundu
"Camaatda pul yox. Necə olacaq bu işlərin axırı?"
Tanınmış estrada müğənnisi Nura Suri qiymətlərin artmasına öz Facebook səhifəsində etirazını bildirib. Bu barədə yazdığı statusda müğənni bildirib ki, neftin 39 dollara düşməsi manatın yenidən düşəcəyi deməkdir.
"Marketlər ərzaqların qiymətin 2 -3 həftə öncədən qaldırıblar. Əl yeri qoyublar ki, manat düşən kimi yenidən qiymətləri artırsınlar. Bütün müəssisələr işçiləri ixtisarla deyil, öz ərizələri ilə işdən azad edirlər. Camaatda pul yox. Necə olacaq bu işlərin axırı?",-deyə Nura Suri fikrini yekunlaşdırıb.