Meydan TV ilə əməkdaşlıq edən daha üç jurnalist saxlanıldı

Meydan TV ilə əməkdaşlıq edən daha üç jurnalist saxlanıldı

20-09-2015 02:07 / Bu xəbər 1089 dəfə oxundu

Meydan TV ilə əməkdaşlıq edən daha üç qadın jurnalist sentyabrın 20-nə keçən gecə saat 1 radələrində Binə hava limanında saxlanılıblar. 

Ukraynadan təlimdən qayıdan jurnalistlər - Sevinc Vaqifqızı, Aytən Fərhadova və İzolda Ağayevaya bildirilib ki, onların adı sistemdə bloklanıb. 

Bu barədə Meydan TV-yə jurnalistlərin özləri məlumat verib. 

Jurnalistlərlə bağlı 1137, 1138 və 1139 saylı akt tərtib edilib. 

Onlar hazırda hava limanının polisinə təhvil verilir.

Arqument.Az