Məzahir Pənahov açıqladı: "Əliyev 92,1 faizlə liderdir"

Məzahir Pənahov açıqladı:

08-02-2024 01:17 / Bu xəbər 752 dəfə oxundu

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov fevralın 7-də keçirilən növbədənkənar Prezident seçkilərinin ilkin nəticələrini elan edib.

Onun sözlərinə görə, ilkin nəticələrə əsasən, hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,1 faiz səslə Prezident seçkilərində liderlik edir.

"Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc 2,2 faiz, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,79 faiz, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 1,99 faiz, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,66 faiz, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,78 faiz, namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev isə 0,48 faiz səs toplayıb”.

M.Pənahov onu da vurğulayıb ki, 7 fevralda keçirilən seçki 2018-ci ildəki növbədənkənar seçkidən bəzi məqamları ilə fərqlənir: "Bugünkü seçkidə 1 milyon seçici daha çox iştirak edib”.