Milli Şura və Qarabağ Komitəsi mitinq təyin edib

Milli Şura və Qarabağ Komitəsi mitinq təyin edib

08-04-2019 16:26 / Bu xəbər 1354 dəfə oxundu

Milli Şura və Qarabağ Komitəsi eyni məkan, eyni gün və eyni saata mitinq təyin edib.

Milli Şura və Qarabağ Komitəsinin Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) ayrı-ayrı etdikləri müraciətlərdə aprelin 20-si saat 15:00-dan 17:00-dək Yasamal rayonu ərazisində yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirmək arzusu ifadə olunub.

BŞİH-in müraciətlərə gələn həftə cavab verəcəyi gözlənilir.