Nazim Bəydəmirlinin istintaqı yükunlaşıb, iş məhkəməyə göndərilib

Nazim Bəydəmirlinin istintaqı yükunlaşıb, iş məhkəməyə göndərilib

18-04-2024 12:29 / Bu xəbər 738 dəfə oxundu

Sabiq deputat Nazim Bəydəmirli barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

İstintaq orqanı tərəfindən toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bildirilir ki, iş hakim Fərid Namazovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası aprelin 29-na təyin olunub.

Sabiq deputat Nazim Bəydəmirliyə Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Daha sonra isə istintaq orqanı tərəfindən Nazim Bəydəmirli barəsində Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu təkrarən tələb etmə) maddəsi ilə yenidən ittiham irəli sürülüb.

Bildirilir ki, Nazim Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib. 
 
Nazim Bəydəmirli isə ittihamları qəbul etmir.
 
O, şərləndiyini deyir və özünü "ekologiya məhbusu" sayan iqtisadçı Gədəbəyin Söyüdlü kəndindəki hadisələrə vətəndaş mövqeyi bildirdiyinə görə həbs edildiyini vurğulayır.