Olimpiya stadionundakı ilk toyu aparacaq müğənni bəlli oldu
07-02-2016 00:13 / Bu xəbər 7741 dəfə oxundu
Tanınmış türk müğənnisi Ebru Gündeş uzun sürən fasilədən sonra yenidən Bakıya gəlir. Yayılan xəbərlərdə deyilir ki, Bakı Olimpiya Stadionunda təşkil olunacaq ilk toy mərasimində səhnəyə çıxacaq məşhur məhz Ebru olacaq.
Martın 19-da baş tutacaq məclisdə Azərbaycan müğənnilərinin də çıxışı gözlənilir. Məlumat üçün bildirək ki, ötən gün stadionun rəsmi internet saytında bu cür xəbər yayımlanıb:
"Bakı Olimpiya Stadionunda toy etməklə siz bu mühüm hadisəyə yaradıcı yanaşma etmiş olacaqsınız. Ərazinin əzəməti peşəkarlara burada unudulmaz və orijinal mühit qurmağa kömək edəcək. Siz burada kiçik banketlərdən böyük toy mərasimlərinə qədər tədbirlər keçirə bilərsiniz. Dəbdəbəli interyer, unikal atmosfer, yüksək səviyyəli tədbirlərin təcrübəsi sizə unudulmaz və əvəzolunmaz mərasim yaşadacaq. Əlavə məlumatlar üçün tədbirlər üzrə komandamız ilə əlaqə saxlayın".///Primtime