Poladəritmə sexindəki partlayışda yaralananlardan biri ölüb
28-03-2019 14:43 / Bu xəbər 1870 dəfə oxundu
Partlayışda yaralananlar Bakıdakı xəstəxanalara yerləşdirilib
Sumqayıtın İnşaatçılar qəsəbəsində, keçmiş TES 1-in ərazisində fəaliyyət göstərən polad əritmə sexindəki partlayışda yaralananlardan biri martın 27-də ölüb.
Hadisə martın 22-də baş verib. Partlayış nəticəsində 4 nəfər yaralanıb.
Məlumatı "report.az" yayıb.
Bildirilib ki, sexdə çalışan 4 nəfər, 1967-ci il təvəllüdlü Mehrəliyev Əlibaba Kamil oğlu, 1992-ci il təvəllüdlü Ceyhun Nazim oğlu Qaraçayev, 1974-cü il təvəllüdlü Vüqar Məzahir oğlu Cəlilov və 1960-cı il təvəllüdlü Minyaz Şükür oğlu Seyidəliyev ağır yanıq xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.
Onların vəziyyətinin ağırlığı səbəbindən sonra Bakıya aparılıblar.
Yaralılardan biri 1960-cı il təvəllüdlü Minyaz Şükür oğlu Seyidəliyev aldığı yanıq xəsarətlərindən ölüb.
Faktla bağlı araşdırma aparılır.///Meydan.tv