Rəsmi Bakı: "Azərbaycan Tayvanın müstəqilliyini tanımır"

Rəsmi Bakı:

20-05-2024 15:08 / Bu xəbər 656 dəfə oxundu

"Azərbaycan Tayvanın müstəqilliyini tanımır".

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Tayvanda seçkilərdə qalib gəlmiş şəxsin vəzifəsinin icrasına başlaması ilə bağlı medianın sualına cavabında belə deyib.

"Cari ilin 13 yanvar tarixində Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd edildiyi kimi, Azərbaycan Respublikası "vahid Çin" siyasətini dəstəkləyir və ölkəmiz Tayvanın müstəqilliyini tanımır", - deyə XİN sözçüsü bildirib.