Rəsmi Tehran İranla Azərbaycan münasibətlərinə görə İsraili ittiham etdi
17-04-2023 19:02 / Bu xəbər 980 dəfə oxundu
İranın Xarici İşlər Nazirliyi İranla Azərbaycanın münasibətlərinin pisləşməsinə görə İsraili ittiham edib.
Bu barədə İran XİN-in rəsmisi Nair Kənani aprelin 17-də Tehranda jurnalistlər üçün keçirilən brifinqdə danışıb.
Kənani İsrailə eyham edirək bildirib ki, iki ölkənin münasibətlərinə mane olmaq istəyən qüvvələr var: "İran İslam Respublikasının və Azərbaycanın düşmənləri var. Sionist rejim ikitərəfli münasibətlərin məlum düşmənlərindən biridir".
Kənani deyib ki, İran ümumi maraqları nəzərə alaraq mehriban qonşuluq və dostluq münasibətlərinin qurulmasının, qarşılıqlı hörmətin vacibliyini vurğulayır: "Bəzi qüvvələrə iki ölkə arasında fikir ayrılıqları yaratmağın sərfəli olduğunu nəzərə alaraq, İran diplomatik təşəbbüslərin köməyilə son gərginliyi aradan qaldırmağa çalışıb".












