Şəhriyar Məmmədyarov Kasparovu məğlub etdi - 7 gedişə qələbə

Şəhriyar Məmmədyarov Kasparovu məğlub etdi - 7 gedişə qələbə

11-07-2021 01:40 / Bu xəbər 11254 dəfə oxundu

Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən "Croatia Grand Chess Tour”un blits turniri start götürüb.

İki gün davam edəcək turnirin birinci günündə Şəhriyar Məmmədyarov 9 turda mübarizə aparır. Belə ki, Şəhriyar Məmmədyarov ilk görüşdə fransalı Maksim Vaşye-Laqrava məğlub olub. Daha sonra rusiyalı Yan Nepomnyaşiyə və niderlandlı Jorden Van Forestə qalib gəlib.

Rusiyanın daha bir şahmatçısı Aleksandr Qrişuk və polşalı Yan-Kşıştof Dudaya məğlub olan şahmatçımız 6-cı turda eks-dünya çempionu, Rusiyanı təmsil edən Harri Kasparov üzərində cəmi yeddi gedişə qələbə qazanıb.