Qələbə qazanan idmançılar mükafatlandırıldı

Qələbə qazanan idmançılar mükafatlandırıldı

06-09-2021 15:55 / Bu xəbər 2918 dəfə oxundu

Prezident sərəncam imzalayıb

Sentyabrın 5-də İlham Əliyev Tokio XVI Yay Paralimpiya Oyunlarında ən yüksək nəticələr göstərən Azərbaycan idmançılarının və məşqçilərinin pul mükafatıyla təltif olunması haqda sərəncam imzalayıb.

Sərəncama əsasən, I birinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min), onun məşqçisinə 100 000 (yüz min) manat, II yeri tutanlara 100 000 (yüz min), onun məşqçisinə 50 000 (əlli min) manat, III yeri tutan hər bir idmançıya 50 000 (əlli min), onun məşqçisinə isə 25 000 (iyirmi beş min) manat veriləcək.

Bundan əlavə İlham Əliyev oyunlarda yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan Milli Paralimpiya Komitəsinin rəsmiləri İlqar Rəhimovu, Elvin Astanovu, Hamed Heydari, Salei Raman "Şöhrət”, Kamal Məmmədovu 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordenləri ilə təltif edib.

Məşqçilər İlqar İbişov, Ramin İbrahimov və Fyodor Kirillov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər.

Prezidentin digər sərəncamları ilə idmançılar və məşqçilər "Əmək" ordeni və "Tərəqqi" medalıyla təltif olunublar.