Sergey Lavrov Bakıya gəlir
22-02-2023 18:02 / Bu xəbər 1116 dəfə oxundu
Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıya səfər edəcək.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.
Zaxarova deyib ki, Lavrov Bakıda keçiriləcək Rusiya-Azərbaycan Ekspert Şurasının plenar iclasında iştirak edəcək. Səfər fevralın 27-28-də baş tutacaq.
Rusiya-Azərbaycan Ekspert Şurasının plenar iclası iki ölkə arasında müttəfiqlik münaisbətlərinin qurulmasının bir illiyinə həsr olunacaq.












