Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitənlər də səs verə biləcək

Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitənlər də səs verə biləcək

05-02-2024 17:08 / Bu xəbər 607 dəfə oxundu

"Şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti bitən Azərbaycan vətəndaşları prezident seçkilərində səsvermə hüququndan istifadə edə biləcəklər”.

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

R.Qasımov qeyd edib ki, əgər hər hansı vətəndaşın şəxsiyyətin vəsiqəsinin etibarlılıq müddəti bitibsə, vaxtı keçmiş olsa belə, bu, həmin şəxsin kimliyini müəyyənləşdirmək üçün əsasdır: "Şəxsiyyət vəsiqəsinin vaxtı bitibsə belə, həmin vətəndaş o şəxsiyyət vəsiqəsi ilə gəlib səs verə bilər”.

Onun sözlərinə görə, yeni nəsil şəxsiyyət vəsiqələri ilə bağlı hər hansı bir problem yoxdur: "Yeni nəsil şəxsiyyət vəsiqələri 2018-ci ildən 10 il müddətinə verilir. Etibarlılıq müddətin bitməsi problemi köhnə şəxsiyyət vəsiqələri ilə bağlı ola bilər”.