Təhsil Nazirliyinin qarşısında təkadamlıq aksiya

Təhsil Nazirliyinin qarşısında təkadamlıq aksiya

14-09-2021 15:16 / Bu xəbər 2945 dəfə oxundu

Müəllimlərin işə qəbulu üzrə apelyasiya müsahibələrinin nəticəsi açıqlanıb

Sentyabrın 14-də vətəndaş Arzu Quliyeva Təhsil Nazirliyinin qarşısında təkadamlıq aksiya keçirib.

O, altı ildir Müəllimlərin İşə Qəbulu imtahanında iştirak etdiyini, lakin işə götürülmədiyini deyib.

Şikayətçi MİQ-in ləğv olunmasını və işlə təmin edilməsini tələb edib. Etirazçı dəfələrlə İnsan Resurslarına müraciət etdiyini, lakin bunun nəticəsiz qaldığını bildirib.

Arzu Quliyevanın etiraz tələbini əks etdirdiyi lövhə nazirliyin özünü təqdim etməyən əməkdaşı tərəfindən alınıb. Daha sonra əraziyə polis əməkdaşları gəlib və aksiyaya müdaxilə ediblər. Polis əməkdaşları Arzu Quliyevanı nazirliyin qəbul otağına qədər müşayiət ediblər.

2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin apelyasiya müsahibələrinin nəticələri elan olunub.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin apelyasiya müsahibələri sentyabrın 8 və 9-da olub. Müsahibələr onlayn formatda təşkil edilib.

Təhsil Nazirliyinin məlumatına görə, müsahibələrdə iştirak etmiş namizədlərin şəxsi səhifələrinə bu barədə müvafiq məlumat göndərilib. Müsahibə mərhələsində 219 namizəd uğur qazanaraq ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə çalışmaq imkanı əldə edib.

Namizədlər 16 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər. Namizədlərdən sənədləri təqdim etdikdən sonra şəxsi səhifələrini yoxlayıb çıxarışın təsdiq olunduğundan əmin olmağı tələb olunur. Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək.