Bakıda "Lexus" sürücüsü motosiklet sürücüsünü döydü

Bakıda

25-04-2022 23:49 / Bu xəbər 9058 dəfə oxundu

Bakıda "Lexus” markalı, 10 VX 707 dövlət nişanlı avtomobilin sürücüsünün motosiklet sürücüsünü vurmasını və təhqir etməsini əks etdirən görüntülər yayılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin inspektoru Anar Qafarov "Qafqazinfo”ya açıqlamasında bildirib ki, yayılan görüntülərdən məlumatlıdırlar.

Onun sözlərinə görə, artıq yayılan görüntülərlə bağlı araşdırmalara başlanıb: "Hadisə araşdırıldıqdan sonra nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Bakıda 10 VX 707 dövlət qeydiyyat nişanlı "Lexus” markalı maşının sürücüsü motosiklet sürücüsünü vuraraq təhqir edib.

Bu barədə sosial şəbəkələrdə video yayılıb. 

Videodan aydın olur ki, yol vermədiyi üçün motosiklet sürücüsü "Lexus” sürücüsünə etiraz edir, bu zaman bahalı maşının sahibi motosikletin qarşısını kəsir və yerə düşərək motosiklet sürücüsünü təhqir edərək vurur.

Sosial şəbəkədə vətəndaşı döyüb təhqir edən şəxsin kimliyi də açıqlanıb. 

Qeyd olunub ki, o, 1959-cu il təvəllüdlü Sultan Tofiq oğlu Dadaşovdur.

O, "ARPİA” MƏNZİL TİKİNTİ KOOPERATİVİ” adlı tikinti şirkətinin sahibidir.