Türkiyədə izlənmə rekordları qıran “Ölümlü dünya 2” komediyası “CinemaPlus”da!

Türkiyədə izlənmə rekordları qıran “Ölümlü dünya 2” komediyası “CinemaPlus”da!

06-02-2024 17:38 / Bu xəbər 717 dəfə oxundu

Fevralın 8-dən yalnız "CinemaPlus” kinoteatrlar şəbəkəsində Türkiyədə izlənmə rekordları qıran "Ölümlü dünya 2” komediyasının nümayişi başlayır.

Filmin rejissoru Ali Atay, ssenaristləri Ali Atay, Feyyaz Yiğit və Aziz Kedidir.

Ekran əsərində rolları Ahmet Mümtaz Taylan, Alper Kul, Doğu Demirkol, Feyyaz Yiğit, Giray Altınok, İrem Sak, Mehmet Özgür, Özgür Emre Yıldırım və Sarp Apak kimi tanınmış aktyorlar ifa edir.

Film öz problemləri ilə mübarizə aparan Mermer ailəsinin hekayəsindən bəhs edir. 

Serhan hamilə yoldaşı Begümü yeni həyatlarına öyrəşdirməkdə çətinlik çəkir. 

Serhat sevdiyi qadından ayrılığın acısını yaşayır, Gazanfer isə ailəsini cinayət təşkilatına qarşı bir arada saxlamaq üçün çarpışır. Lakin Zaferin təşkilatın əlinə keçməsi hər kəsin həyatını alt-üst edir. 

Zaferə qovuşmağın yollarını axtaran Gazanfer çarəni köhnə dostundan kömək istəməkdə görür…

Türkiyədə "Ölümlü dünya 2” filmi nümayiş olunduğu gündən 2 milyona yaxın izləyici toplayıb.

Ülviyyə