XİN: Azərbaycan İranla İsrail arasında artan gərginlikdən dərin narahatdır

XİN: Azərbaycan İranla İsrail arasında artan gərginlikdən dərin narahatdır

14-04-2024 22:41 / Bu xəbər 403 dəfə oxundu

Azərbaycan İran və İsrail arasında artan gərginlikdən dərin narahatdır.

Bu, Azərbaycanın Xarici İşlər Nazirliyinin "X”dəki paylaşımında deyilir.

"Biz bütün tərəfləri təmkinli olmağa və Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirəcək təhlükəli eskalasiyadan qaçmağa çağırırıq", - XİN qeyd edib.