XİN "persona-non-qrata" elan etdiyi İran diplomatlarının adını açıqladı

XİN

07-04-2023 12:02 / Bu xəbər 673 dəfə oxundu

İran səfirliyinin 4 diplomatının Azərbaycandan çıxarılması üçün prosedur qaydalarının yerinə yetirilməsinə başlanılıb.

İran səfirliyinin "persona-non-grata” elan edilən diplomatlarının Azərbaycandan çıxarılması üçün prosedur qaydalarının yerinə yetirilməsinə başlanılıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, həmin diplomatlar aşağıdakılardır:

Mirmahdi Mirsalampur Şərif,
Qurbanəli Purmərcan Varcovi,
Hadı Moğadam,
Əsgər Bahari Xoş Mənzər.

Aprelin 6-da İranın Azərbaycandakı səfirliyinin 4 əməkdaşı "persona-non-qrata" elan olunub. 

Onların ölkəni tərk etməsi üçün 48 saat vaxt verilib.