Afrikada koronavirusa yoluxanların sayı 10 mini keçib

Afrikada koronavirusa yoluxanların sayı 10 mini keçib

07-04-2020 14:23 / Bu xəbər 323 dəfə oxundu

Afrika qitəsində koronavirusa yoluxanların sayı 10 075 nəfərə çatıb.

"Report” xəbər verir ki, məlumatı Afrika İttifaqı Xəstəliyə nəzarət və profilaktika mərkəzi yayıb.

Bildirilib ki, son sutkada virusdan ölənlərin sayı 73 nəfər artaraq 487-yə çatıb. Məlumta görə, ötən sutkada daha 1 000 yeni yoluxma faktı qeyd alınıb.

İndiyədək Afrikanın 43 ölkəsi sərhədlərini tamamilə, 7 ölkə isə beynəlxalq hava nəqliyyatını bağlayıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 352 000-i ötüb. Bunların 287 699 nəfəri sağalıb, 75 300 nəfəri isə ölüb.