"8 Marş"a icazə verilmədi

03-03-2021 18:59 / Bu xəbər 2392 dəfə oxundu

Təşkilatçılar aksiyanı keçirməkdə israrlı olduqlarını deyirlər

Bakı Şəhər İcra Hakimiyyəti bir qrup qadın fəalın martın 8-də "8 Marş - Haqlarımız uğrunda" şüarı altında yürüş keçirməsinə icazə verməyib.

İcra Hakimiyyəti bunu "yürüşün nəqliyyatın və insanların sıx olduğu yerdə keçirilməsi" ilə əsaslandırıb.

Bu barədə Meydan TV-yə aksiya təşkilatçılarından biri deyib.

Aksiyanın martın 8-də saat 15.00-da Fəvvarlər meydanında keçirilməsi planlaşdırılır və Beynəlxalq Qadınlar Gününə həsr olunur.

Təşkilatçılar deyiblər ki, İcra Hakimiyyətinin icazə verməməsinə baxmayaraq, aksiyanı keçirmək niyyətindədirlər.

Onların sözlərinə görə, tədbirin məqsədi gender əsaslı zorakılıq və qətllərə diqqət çəkməkdir.