Jurnalistlərə Ədalət Fondundan ukraynalı jurnalistlərə dəstək

Jurnalistlərə Ədalət Fondundan ukraynalı jurnalistlərə dəstək

25-02-2022 16:29 / Bu xəbər 957 dəfə oxundu

"Minlərlə həmkarımızı ciddi təhlükə altında qoyan zorakılığı və təcavüzü pisləyirik”

Jurnalistlərə Ədalət Fondu (Justice for Journalists Foundation – JFJ) və bəzi ölkələrdəki insan hüquqları, jurnalist təşkilatları, həmçinin Qeyri-Hökumət Təşkilatları (QHT) Ukrayna xalqının yanında olduqlarını bəyan edib.

Meydan TV-yə də göndərilən bəyanatda hazırda genişmiqyaslı Avropa müharibəsinin cəbhə xəttində faəliyyət göstərən ukraynalı jurnalistlərlə həmrəy olduqları ifadə edilib.

"Biz Ukraynada minlərlə həmkarımızı ciddi təhlükə altında qoyan zorakılığı və təcavüzü pisləyirik. Beynəlxalq ictimaiyyəti isə hazırda Ukrayna müharibəsini cəsarətlə işıqlandıran həmkarlarımıza hər cür yardım göstərməyə çağırırıq”, – deyə bəyanatda vurğulanır.

Bəyanatda Rusiyanın azad və demokratik Ukrayna mətbuatına qarşı tətbiq etdiyi fiziki zorakılıq, kiberhücumlar pislənir: "Biz həmçinin çətin şəraitdə həqiqəti çatdırmağa davam edən müstəqil Rusiya mediası ilə də həmrəyik”.

Sonda Ukraynaya dəstək bəyanatını imzalayan təşkilatların adları sadalanıb:

Jurnalistlərə Ədalət Fondu (Justice for Journalists Foundation);
Senzura üzrə İndeks (Index on Censorship);
Söz Azadlığının Müdafiəsi Beynəlxalq Fondu (International Foundation for Protection of Freedom of Speech);
Beynəlxalq Media Dəstəyi (IMS) (International Media Support (IMS));
Yerevan Mətbuat Klubu (Yerevan Press Club);
Turkmen.news saytı;
Azad Mətbuat (Free Press Unlimited);
"Viasna” İnsan Hüquqları Mərkəzi (Human Rights Center "Viasna”);
Albaniya Helsinki Komitəsi (Albanian Helsinki Committee);
Media Hüquqları Qrupu, Azərbaycan (Media Rights Group, Azerbaijan);
Avropa Mətbuat və Media Azadlığı Mərkəzi (European Centre for Press and Media Freedom);
Avropa Jurnalistləri Assosiasiyası (Association of European Journalists);
Mərkəzi Asiyada Sülhməramlılıq və Media Texnologiyaları Məktəbi (School of Peacemaking and Media Technology in Central Asia);
Azərbaycan İnsan Hüquqları Mərkəzi (Human Rights Center of Azerbaijan);
Sərhədsiz Reportyorlar Təşkilatı (Reporters Without Borders, RSF);
Moldova Müstəqil Mətbuat Assosiasiyası (Association of Independent Press of Moldova, API);
"Ləyaqət” İctimai Birliyi, Qazaxıstan (Public Association "Dignity”, Kazakhstan);
PEN International;
Norveç İnsan Hüquqları Evi (Human Rights House Foundation, Norway);
IFEX;
Mədəniyyətlərarası Fəaliyyət Birliyi (UNITED for Intercultural Action);
Yerevan İnsan Haqları Evi (Human Rights House Yerevan);
Helsinki Vətəndaş Assambleyası, Vanadzor, Ermənistan (Helsinki Citizens’ Assembly, Vanadzor, Armenia);
"Rafto” İnsan Hüquqları Fondu, Norveç (Rafto Foundation for Human Rights, Norway);
Jurnalistlər Cəmiyyəti, Varşava (Society of Journalists, Warsaw);
İsveç ATƏT-şəbəkəsi (The Swedish OSCE-network);
Macarıstan Helsinki Komitəsi (Hungarian Helsinki Committee);
Hüquq Siyasəti Araşdırma Mərkəzi, Qazaxıstan (Legal policy research centre, Kazakhstan);
Notabene İctimai Fondu, Tacikistan (Public Foundation Notabene,Tajikistan);
HR QHT "Vətəndaşların Nəzarəti, Sankt-Peterburq, Rusiya (HR NGO "Citizens’ Watch, St. Petersburg, Russia);
English PEN;
Tacikistanda ictimai təşkilat (Public organization "Dawn”, Tajikistan);
Beynəlxalq Mətbuat İnstitutu (International Press Institute (IPI));
Qazaxıstan Jurnalistlər İttifaqı (The Union of Journalists of Kazakhstan);
Tbilisi İnsan Haqları Evi (Human Rights House Tbilisi);
Rights Georgia;
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi, Azərbaycan (Election Monitoring and Democracy Studies Center. Azerbaijan);
Beynəlxalq İnsan Hüquqları Xidməti (International Service for Human Rights (ISHR));
Bolqarıstan Helsinki Komitəsi (Bulgarian Helsinki Committee);
Media İnkişafı üzrə Qlobal Forum (Global Forum for Media Development (GFMD));
Avropa Jurnalistlər Federasiyası (European Federation of Journalists);
Sosial Media İnkişaf Mərkəzi, Gürcüstan (Social Media Development Center, Georgia);
Populus Rei, Gürcüstan (Populus Rei, Georgia).