Aksiya təşkilatçılarından biri saxlanıldı
01-12-2021 13:34 / Bu xəbər 4418 dəfə oxundu
Saleh Rüstəmovun azadlığa buraxılması ilə bağlı gözlənilən aksiyanın təşkilatçılarından biri - Mete Türksoy saxlanılıb.
Bu barədə Arqument.az-a yaxınlarından biri məlumat verib.
O bildirib ki, Koala Parkın yaxınlığında mülki geyimli şəxslər Mete Türksoyu saxlayıblar.
Onu 99AP852 dövlət nömrə nişanlı avtomobilə mindirərək naməlum istiqamətə aparıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər ki, məsələ araşdırıldıqdan sonra məlumat veriləcək.