Azərbaycanda ikinci təhsil alan məhkəmə hakimləri: idmançı, müəllim, bioloq, qəzetçi, mexanik...

Azərbaycanda ikinci təhsil alan məhkəmə hakimləri: idmançı, müəllim, bioloq, qəzetçi, mexanik...

02-02-2022 01:19 / Bu xəbər 1847 dəfə oxundu

Bir neçə gün öncə sosial mediada məhkəmə hakimlərinin ikinci təhsili ilə bağlı müzakirələr aparıldı.

Bir çoxları hakimlərin savadsızlıqda ittiham edərək onların hüquq təhsilini sonradan alması və heç birinin bu sahədə peşəkar olmaması ilə əsaslandırırdılar.

Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov da "Xural TV"-nin "Siyasət meydanı" verilişində bu məsələyə toxunub. 

Əkrəm Həsənov qeyd edib ki, məhkəmə-hüquq sahəsində əsas problemlərdindən biri də budur. 

Azərbaycanda məhkəmə hakimlərini bir qayda olaraq ölkə başçısı İlham Əliyev təyin edir. 

Maraqlıdır ki, bu hakimlərin təqyinatı ilə bağlı təqdimat da ölkə başçısına verilir. Ekspertlər isə bu sahədə şəffaflığın olmadığını da qeyd edirlər. 

Arqument.az bu mövzu ilə bağlı internet üzərində həmin məhkəmələrin rəsmi saytlarında araşdırma aparıb.

Araşdırma zamanı məlum olub ki, həm Ali, həm Apelyasiya, həm İnzibati, həm də da rayon məhkəmələrinin hakimlərinin siyahısında xeyli sayda  idmançı, müəllim, bioloq, riyaziyyatçı, neftçi, qəzetçi, kitabxanaçı, mexanik və mühəndis və digər ixtisasları bitimiş şəxslər var. Onlar daha sonra hüquq ixtisası üzrə ikinci ali təhsil alıblar. 

Məsələn, Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev əvvəl Tibb Universitetini, daha sonra isə ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakültəsini qiyabi bitirib. 

Arqument.az 20-dən artıq hakimin ilk təhsili barədə (məhkəmələr üzrə qruplaşdıraraq) məlumatları təqdim edir:


Nəsimi Rayon Məhkəməsinin hakimləri: 
 

 

Azər Tağıyev - ilk təhsili mühasibat uçotu 

Ceyhun Tağıyev - bədən tərbiyəsi fakültəsi 
 


Xətai Rayon Məhkəməsinin hakimləri: 


İlahə Abbasova - ingilis-fransız dili müəllimi

Fərid Yaqubov - tarixçi

Şəhriyar Əliyev - tarixçi
 


Bakı Apelyasiya Məhkəməsinin hakimləri:


Rəfael Eyvazov - iqtisadçı

Xəyal Sarıyev - mexanik

Fuad Talşınski - Texniki Universiteti bitirib

Qaraqurbanlı Ramin - 11 ildə 5 dəfə hüquq təhsili 


Bakı İnzibati Məhkəməsinin hakimləri: 


Aygün Abdullayeva - ingilis dili müəllimi

Mehriban Qarayeva - BDU Biologiya fakültəsi

Nəriman Abıyev - Təfəkkür Universitseti - iqtisadi hüquq


Mülki Kollegiyanın hakimi:



- Hərbçi, həkim, ABU hüquq (qiyabi) 


Ali Məhkəmənin hakimləri:


- Zakir Quliyev - Neftçi 


- Səyyad Kərimov - fəhlə, vəkil, hakim...


Yasamal Rayon Məhkəməsi



- Hüseyn Səfərov - riyaziyyatçı
 


Nərimanov Rayon Məhkəməsinin hakimləri:


- Samir Məmmədov - həkim

- Aytən Novruzova - qəzetçi 


Sabunçu Rayon Məhkəməsinin hakimləri: 


- Lətif Rüstəmli - riyaziyyatçı 


Abşeron Rayon Məhkəməsinin hakimi



Elman Məmmədov - Şərşünas