Almaniyalı deputatları hüquq müdafiəçiləri ilə görüşüblər

Almaniyalı deputatları hüquq müdafiəçiləri ilə görüşüblər

01-03-2024 15:06 / Bu xəbər 568 dəfə oxundu

Martın 1-də hüquq müdafiəçisi Rüfət Səfərov, vəkil Zibeydə Sadıqova və hüquqşünas Xalid Ağaliyev Bakıda səfərdə olan Almaniya Bundestaqının Hüquq Məsələləri Komitəsinin ayrı-ayrı fraksiyaları təmsil edən səkkiz deputatı ilə görüşüb.

Nümayəndə heyətinə Bundestaqın Hüquq Məsələləri Komitəsinin sədri Elisabeth Winkelmeier-Becker rəhbərlik edir.

Hüquq müdafiəçisi Rüfət Səfərov "Turan"a bildirib ki, Almaniyanın Bakıdakı səfirliyində baş tutan görüşdə Azərbaycanda insan hüquqlarının mövcud durumu, repressiv mühit, siyasi ağırlıqlı inzibati və cinayət təqibləri, medianın, vətəndaş cəmiyyətinin, hüquq müdafiə təşkilatlarının vəziyyəti, xüsusilə, Almaniyadan deposrtasiya edilən, sonradan "saxta ittihamlar üzrə həbs edilən”, bəzi hallarda işgəncələrə məruz qalan müxalif fəalların işləri, inanclı şəxslərin kütləvi həbsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann, səfirin müşaviri Marcel Vietor iştirak edib.