ABŞ müdafiə naziri Ukraynaya 6 milyard dollarlıq yardım paketini açıqlayıb

ABŞ müdafiə naziri Ukraynaya 6 milyard dollarlıq yardım paketini açıqlayıb

27-04-2024 01:13 / Bu xəbər 381 dəfə oxundu

ABŞ müdafiə naziri Lloyd Austin cümə günü Ukrayna üçün 6 milyard dollarlıq yeni yardım paketini elan edib. 

"Bu bizə Ukrayna sənayesindən yeni imkanlar əldə etməyə imkan verəcək”, - Austin Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasından sonra keçirilən mətbuat konfansında deyib. 

O, ABŞ-ın gözlənilən yardımı "mümkün qədər tez” göndərəcəyini bildirib.

ABŞ müdafiə naziri deyib ki, bu açıqlama Amerikanın Ukraynaya sadiqliyini vurğulayır.

 "Bu koalisiya bir yerdədir və biz [Rusiyanın təcavüzünü qarşısı almaqda] sarsılmayacağıq, çaxnaşmayacağıq və uğursuzluğa düçar olmayacağıq”, - o qeyd edib.

Austin deyib ki, 50-dən çox ölkənin iştirakı ilə hər ay iclas keçirən Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupu Ukraynanın özü-özündən asılı olan müdafiə sənayesinin yaradılmasına, Ukraynanın hava hücumundan müdafiə, informasiya texnologiyaları, minaların təmizlənməsi və yeni PUA-lar kimi imkanlarının artırılmasına yardım edəcək.

Austin bildirib ki, bu koalisiya Rusiyanın Ukraynaya təcavüzünə qarşı hərəkətə keçən dünyanı əks etdirir. 

"Bu gün burada toplanan ölkələr Ukrayna, Avropa, Bİrləşmiş Ştatlar və dünyanın hanıs təhlükələrlə üzləşdiyini başa düşürlər”, - o deyib. 

"Əgər Putin Ukraynada qalib gəlsə, təhlükəsizlik şəraiti qlobal olacaq”, - deyə Austin bildirib və əlavə edib ki, Prezident Baydenin dediyi kimi, Putin Ukraynada dayanmayacaq.

Austin Konqresin 95 milyard dollarlıq əlavə yardım paketini təsdiqləməsinə görə minnətdarlığını ifadə edib və deyib ki, o, Ukraynaya ərazilərini müdafiə etmək üçün mübarizəni davam etdirməsinə imkan verəcək.

1 milyard dollarlıq başqa bir yardım paketi bu həftənin əvvəlində təsdiqlənib.

Həmin yardım paketini Kyivə prezidentin xüsusi sərəncamı altında verilib ki, həmin sərəncama əsasən Ukraynanın qısa-müddətli ehtiyaclarını qarşılamaq üçün ABŞ-ın hərbi ehtiyatlarında silah, sursat və avadanlıq göndərilir. 

Onlara HIMARS üçün sursat və 155 mm-lik mərmilər, habelə "Bradley" piyada döyüş maşınları, "Javelin"lər, "Stinger"lər və başqa kritik ehtiyaclar daxildir.

Pentaqonun sözçüsü general mayor Pat Rayder deyib ki, yardım paketinə çox güman ki, hava hücumundan müdafiə və artilleriya imkanları daxil olacaq.