Şolts Əliyevlə görüşündən yazdı: “Media təzyiqsiz işləməlidir”
27-04-2024 00:34 / Bu xəbər 941 dəfə oxundu
Kansler müzakirə zamanı insan hüquqlarına toxunduğunu deyib
Aprelin 26-da Almaniya Kansleri Olaf Şolts Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşü barədə status paylaşıb.
Olaf Şolts "X” (twitter) hesabında yazıb ki, Əliyevlə insan hüquqları və media azadlığı ilə bağlı da danışıb.
Onun sözlərinə görə, Əliyevə deyib ki, qeyri-hökumət təşkilatları, hüquq müdafiəçiləri, həmçinin mətbuat azad və təzyiqsiz işləyə bilməlidir: "Mən bu gün bunu Berlində Prezident Əliyevlə danışıqlarda da vurğuladım. Azərbaycan insan haqlarına hörmət etməlidir”.
Aprelin 26-da hər iki dövlət başçısının mətbuat konfransında onlara Azərbaycanda insan hüquqlarının vəziyyəti barədə suallar ünvanlanıb.
Prezidenti İlham Əliyev ölkədə media azadlığının təmin edildiyini, senzuranın olmadığını, azad internetin və yüzlərlə media orqanının fəaliyyət göstərdiyini bildirib.