Ölkənin baş pediatrının özünü güllələyərək öldürdüyü bildirilir

Ölkənin baş pediatrının özünü güllələyərək öldürdüyü bildirilir

24-04-2024 15:54 / Bu xəbər 443 dəfə oxundu

Respublikanın sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyev özünü öldürüb.

Hadisə Abşeron rayonu Goradil qəsəbəsində qeydə alınıb.

Nəsib Quliyev evində ov tüfəngi ilə özünü güllələyərək öldürüb.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb edilib.

Baş Prokurorluq sabiq baş pediatr Nəsib Quliyevin ölümü ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də Abşeron rayonu ərazisində yerləşən yaşadığı evdə özünü odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Hadisənin baş vermə şəraiti və səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.