Araz Əlizadə vəfat edib
06-10-2022 12:58 / Bu xəbər 1262 dəfə oxundu
Partiya sədri onkoloji xəstəlikdən əziyyət çəkirmiş
Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, sabiq deputat Araz Əlizadə oktyabrın 6-da gecə saatlarında vəfat edib.
Partiya sədrinin onkoloji xəstəlikdən əziyyyət çəkdiyi deyilirdi.
Bu barədə Araz Əlizadənin qardaşı Zərdüşt Əlizadə Meydan TV -yə söyləyib.
A.Əlizadə bu gün Yasamal qəbiristanlığında dəfn ediləcək.
Araz Əlizadə 1951-ci ildə Bakıda anadan olub.
1974-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib.
1975–1976-cı illərdə Əfqanıstanda tərcüməçi işləyib.
O, 1989-cu ildən Azərbaycan Sosial Demokrat Partiyasının sədri, 1995-ci ildən 2012-ci ilə qədər ASDP-nin həmsədri olub.
2012-ci ildə partiyanın XII qurultayında ASDP-də həmsədr institutu ləğv ediləndən və sədr institutu bərpa ediləndən sonra Araz Əlizadə sədr olub.
A.Əlizadə 1991–1995-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı, 1991-ci ildə Azərbaycan Respublikasının "Respublika Müdafiə Şurası”nın üzvü olub.