Avropa İttifaqı Belarusa yeni sanksiyalar tətbiq edə bilər

Avropa İttifaqı Belarusa yeni sanksiyalar tətbiq edə bilər

14-08-2020 12:34 / Bu xəbər 11155 dəfə oxundu

Almaniya, Litva, Latviya və İsveç sanksiyaların lehinə çıxış edib

Avropa İttifaqı (Aİ) mümkün ki, bu ayın sonunda Belarusa yeni sanksiyalar tətbiq edəcək, - "Reuters” xəbər verir.

Almaniya, Litva, Latviya və İsveç sanksiyaların lehinə çıxış edib, - cümə günü Aİ Xarici işlər nazirlərinin fövqəladə toplantısından öncə quruma yaxın mənbələr anonim şərtlərdə qeyd ediblər.

Lukaşenkonun bazar günü keçirilmiş səsvermədə rəqiblərinin səslərini saxtalaşdırdığı iddialarından sonra paytaxt Minskdə təhlükəsizlik qüvvələri və etirazçılar arasında qarşıdurma baş verib. Polis təqribən 6000 nəfəri saxlayıb, - "Reuters” bildirib.

Mənbələrə görə Aİ-nin bütün 27 üzvü yekdilliklə sanksiyalarla bağlı qərarı dəstəkləsə də, Macarıstan kənarda qalıb. Macarıstan cümə axşamı günü bloku "Belarusla dialoqa davam etməyə və onu pozmamağa” çağırıb.

Bəzi məhdudiyyətlərlə razılaşa biləcəyini təklif edən Budapeşt sanksiyaların sadəcə bu həftə baş vermiş zorakılıqda məsul olan insanlara tətbiq edilməli olduğunu vurğulayıb.

"Səyahət istiqaməti aydın görünür. Neçə nəfər qara siyahıya salınacağı, nə qədər dərinə enəcəyimiz Macarıstandan asılı olacaq” - mənbə bildirib.

Mənbə eyni zamanda bildirib ki, cümə günü yekun qərar gözlənilmir, lakin yekun qərar Aİ-nin Xarici işlər nazirləri arasında 27-28 avqust tarixlərində Berlində keçiriləcək başqa bir müzakirə sonrasında verilə bilər.

Almaniya Xarici işlər naziri Hayko Maas (Heiko Maas) bu həftənin əvvəlində Aİ-nin Belarusda insan hüquqları ilə bağlı tətbiq etdiyi sanksiyaların bir qisminin yenidən tətbiq ediləcəyi ilə bağlı bəyanat verib. Lukaşenko siyasi məhbusları sərbəst buraxdıqdan sonra 2016-cı ildə sanksiyalar qismən yumşaldılmışdı.

Cümə axşamı Latviya Xarici işlər naziri Edgars Rinkevics "etiraz aksiyalarının və seçki saxtakarlığına görə məsul olan Belarus səlahiyyətlilərinə qarşı fərdi sanksiyalara” çağırış edənlərə dəstək verib.

Belarusu bir əsrin dörddə biri qədər idarə edən Lukaşenko seçki saxtakarlığını rədd edir və etirazçıları Rusiyadan və başqa yerlərdən gələn xarici dəstəkçilərlə birlikdə hökuməti devirməkdə ittiham edir.///Meydan.Tv