Əli Kərimlinin mühafizəçisi Ruslan Əmirovun saxlanıldığı deyilir
29-05-2020 02:03 / Bu xəbər 2488 dəfə oxundu
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Ruslan Əmirov saxlanıldığı deyilir.
Bu barədə Turana AXCP-dən məlumat verilib.
Məlumata görə, Əmirov Masallı rayonunda saxlanılıb.
"Günorta saatlarında o, paltar bazarında olarkən onu sahə müvəkkilin maşınına mindirəndə görüblər. Bundan sonra Ruslan Əmirovla əlaqə saxlamaq mümkün olmayıb. Çox güman ki, həbs olunub".
Partiyada hesab edirlər ki, bu AXCP-nin fəaliyyəti və son vaxtlar partiya fəallarına qarşı təzyiq kampaniyası ilə bağlıdır.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.
Son məlumata görə, Əmirovu Gobustan polis bölməsinə gətiriblər.