Ayağı sınmış Kerrinin xəstəxana görüntüsü yayıldı - FOTO
10-06-2015 13:12 / Bu xəbər 1229 dəfə oxundu
Ayağı sınmış ABŞ dövlət katibi Con Kerri Boston xəstəxanasından çəkdirdiyi fotosunu "Twitter" hesabında paylaşıb.
Avropa.info xəbər verir ki, yazdığı tvitdə xəstəxanada keçirdiyi əməliyyatdan sonra özünü yaxşı hiss etdiyini, Dövlət Departamentindən Syuzan Rays və digər rəsmilərlə telefonda danışdığını deyib.
Fotoda əlində sənədlər və telefon tutan Kerri işini elə xəstəxanadan davam etdirdiyini göstərmək istəyib.
Qeyd edək ki, 31 mayda Fransanın Sonzye şəhərində velosiped sürən Kerri dönərkən yıxılmışdı.
Yıxılarkən baldır sümüyündə sınıq yaranmışdı.
Arqument.Az












