ABŞ ÜST-dən çıxır

ABŞ ÜST-dən çıxır

08-07-2020 19:06 / Bu xəbər 1713 dəfə oxundu

ABŞ mediası Tramp hökumətinin 2021-ci ildə Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) ayrılacağını Birləşmiş Millətlər Təşkilatına (BMT) rəsmi şəkildə bildirdiyini yazıb.

Razılaşmaya görə, ABŞ təşkilatdan ayrılacağını ən azı bir il öncədən xəbər verməlidir. 

Buna görə də ABŞ-ın üzvlüyünə 6 iyul 2021-ci ildə son veriləcək.

ABŞ-ın təşkilatdan çıxması ÜST-ün əsas maddi qaynağının kəsilməsi deməkdir.

İki illik büdcəsi 6 milyard dollar təşkil edən ÜST-ə bu ölkənin maddi dəstəyi 2019-cu ildə 553 milyon dollar olub.

Tramp hökuməti koronavirusla mübarizədə səhv buraxmaqda günahlandırdığı ÜST-ü xeyli müddətdir ki, tənqid edirdi.
 
bbc.com