Azərbaycanda 7 ballıq zəlzələ can aldı - İki uşaq anası öldü
04-09-2015 13:22 / Bu xəbər 1554 dəfə oxundu
Göyçayda zəlzələ nəticəsində iki uşaq anası su quyusuna düşərək ölüb.
Qaynar.info report-a istinadən xəbər verir ki, rayonun Məlikkənd kənd sakini 1987-ci il təvəllüdlü İbadova Ruhiyyə Mustafa qızı zəlzələ baş verən zaman yaşadığı evin həyatyanı sahəsində su quyusunun yanında olub. Təkanların təsirindən ayağı sürüşərək su quyusuna düşüb. Quyuda elektrik enerjisi ilə işləyən su motoru işlək vəziyyətdə olduğundan, cərəyan R.İbadovanı öldürüb.
Qeyd edək ki, bu gün saat 09:49-da Şəkidən 29 km cənub-şərqdə Şəki ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 7 bal, ətraf rayonlarda 6-5-4 və 3 bala qədər hiss olunub.
Şəkidə baş verən güclü təbii fəlakət nəticəsində dağıntılar baş verib.
Bu barədə rayonun icra başçısı Elxan Usubov BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırda zəlzələ nəticəsində əmlaklarında dağıntı-uçqun və çatlar yaranan vətəndaşlar Şəki rayon İcra hakimiyyətinə müraciət edirlər.
"Hazırda dağıntılarla bağlı müraciətlər gəlməkdədir. Biz gələn müraciətləri qeydə alırıq və qeyd edilən yerlərə mütəxəssislər göndərilir. Zəlzələ nəticəsində, şükürlər olsun ki, insan tələfatı qeydə alınmayıb. Gün ərzində baş verən dağıntıların hesabatı aparılacaq və sayları məlum olacaq”, - deyə Elxan Usubov bildirib.
İcra başçısı deyir ki, araşdırmalardan sonra zəlzələ nəticəsində dəyən ziyanın miqdarı məlum olacaq.
Qeyd edək ki, bu gün bu gün yerli vaxtla saat 09:49-da Şəki ərazisində zəlzələ qeydə alınıb.
Arqument.Az-ın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, zəlzələ episentrdə 7 bal, yaxın yaşayış məntəqələrində 6-5 bala qədər hiss olunub. Seysmoloji Xidmət mərkəzi zələzələnin afterşokları olacağını bildirib. Xidmət budəfəki təkanların nisbətən zəif olacağını və əhalini fahiməyə düşməməyə çağırıb.
Qeyd edək ki, bu gün saat 09.51 radələrində Ucar, Göyçay, Ağdaş, Şamaxı, Zaqatala, Balakən, Şəki, Qəbələ, İsmayıllı, Tovuz, Salyan, Sabirabad rayonlarında, Şirvan və Mingəçevir şəhərlərində qeydə alınıb.
Arqument.Az












