Azərbaycanda bələdiyyə sədri və həyat yoldaşı öldürüldü

Azərbaycanda bələdiyyə sədri və həyat yoldaşı öldürüldü

08-06-2015 11:21 / Bu xəbər 2709 dəfə oxundu

Abşeron rayon Saray bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənova və onun həyat yoldaşı qətlə yetirilib. 

Arqument.Az xeberle.com-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında onun yaşadığı Saray qəsəbəsindəki evində qeydə alınıb. 

Belə ki, qatillər onun başını kəsib, həyat yoldaşının isə güllə ilə ürəyindən vurublar. Üstəlik, izi itirmək üçün evi yandırıblar. Hazırda mərhumların meyitləri Sumqayıt şəhər 1 saylı təcili tibbi yardım xəstəxanısının morqundadır.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mərhum bələdiyyə sədri 1976-ci ildə doğulub. Onunla bərabər qətlə yetirilən həyat yoldaşı isə Vəfadar Əbdülhəsənovdur.
 
Arqument.Az