Azərbaycanda son bir gündə yoluxma sayı: 542 nəfər
08-07-2020 19:09 / Bu xəbər 1912 dəfə oxundu
Azərbaycanda daha 542 nəfər koronavirusa yoluxub, 465 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 9 nəfər vəfat edib.
İndiyədək ölkədə 21 916 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 13 100 nəfər müalicə olunaraq sağalıb, 274 nəfər vəfat edib, 8 542 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Bu gün 7 355 koronavirus testi aparılıb.