Azərbaycanın nəqliyyat sistemi bir holdinqdə birləşdirildi
12-02-2021 13:47 / Bu xəbər 1001 dəfə oxundu
İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
"AZAL”, "Azərbaycan Dəmir Yolları”, "Bakı Metropoliteni” və Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki "BakuBus” Azərbaycan İnvestisiya Holdinqin idarəetməsinə verilib.
Bu barədə Azərbaycan Prezidenti fevralın 12-də sərəncam imzalayıb.
Sərəncamda Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi və İnvestisiya Holdinqinə məsələlərin həlli üçün zəruri tədbirlər görülməsi haqqında tapşırıqlar verildiyi qeyd olunub.












