Bakıda yol qəzası: 5 nəfər həlak oldu, 1 nəfər yaralandı
22-05-2023 12:57 / Bu xəbər 719 dəfə oxundu
Daxili İşlər Nazirliyi (DİN) Qobustan rayonunda çoxsaylı ölüm ilə nəticələnən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.
Hadisənin bu gün səhər saatlarında Qobustanın Cəngi qəsəbəsində baş verdiyi bildirilir.
Qobustan rayonunun Cəngi qəsəbəsi ərazisində "KIA" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1990-cı il təvəllüdlü Məhərrəm Səmədov, 2000-ci il təvəllüdlü Əmrah Nuriyev, 1997-ci il təvəllüdlü Şəbnəm Səmədova, 2006-ci il təvəllüdlü Səmayə Talıbova və bir azyaşlı vəfat edib.
Xəsarət alan 1972-ci il təvəllüdlü Şölə Nuriyeva isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib.
Daxili İşlər Nazirliyindən bildirlib ki, faktla bağlı araşdırma gedir və Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi qaldırılıb.












